Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Renoparenximatoz hipertoniya

Renoparenximatoz hipertoniya

Tarix: 16 Mart 2021 23:18

Arterial təzyiqin əmələ gəlmə səbəblərindən biri böyrək parenximasının xroniki xəstəlikləridir. Arterial təzyiqin əmələ gəlməsində 50-70% böyrək xəstəliklərinin ikitərəfli zədələnmələrini səbəb olduğu söylənilir.
Təzyiqin yüksəlməsinə səbəb olan böyrək xəstəlikləri aşağıdakılardır:
İkitərəfli xəstəliklər:
- birincili qlimerulonefrit
- birləşdirici toxumanın sistem xəstəlikləri
- vaskulitlər
- diabetik nefropatiya
- böyrəklərin polikistozu
- analgetik nefropatiya
- intersistal nefrit.
Birtərəfli xəstəliklər:
- polinefrit
- reflyuks nefropatiya
- seqmentar hipoplaziya
- potobstuktiv böyrək
- renin ifraz edən şiş
- hidronefroz
- böyrək vərəmi
- böyrəyin tək nəhəng kistası
- böyrəyin bədxassəli şişi
- böyrəyin travması.
Fəaliyyətdə olan nefronların kəskin azalması zədələnmiş böyrəyin su və natrium funksiyasını pozur. Nəticədə hipervolemiya inkişaf edir, ürək vurğusu yüksəlir ki, bu da təzyiqin artmasına səbəb olur. Sonralar arterial təzyiq damarların müqavimətinin artması nəticəsində sabitləşir, damar müqavimətinin artım mexanizmi renin-angiotenzin sistemin aktivliyindən asılı olur.
Bu zaman xəstələrdə şişkinlik, oliqouriya, proteinouriya, hematuriya ilə yanaşı arterial təzyiq də yüksəlir. Böyrəklərdəki patoloji proseslər davam etdikcə təzyiq bədxassəli şəkil alır.
Xroniki pielonefrit zamanı təzyiq nefroskleroz inkişaf etdikdə böyrək parenximasının kütləsi getdikcə azalır. Patoloji proses çox zaman ikitərəfli olur. Bu zaman xəstənin sifətində şişkinlik, titrətmə, dizuriya, oliqouriya, sidikdə qan və iltihab əlamətləri də qeyd olunur. Anamnez zamanı xəstənin sidik yollarında da obstruktiv dəyişikliklər meydana çıxır.
Böyrəklərin polikistozu zamanı arterial təzyiq nefroskleroza, işemiyaya səbəb olur.
Xəstəliyə diaqnozun qoyumasında bir çox laborator müayinə üsullarının nəticələrinin olması vacibdir:
- sidiyin bakterioloji analizi
- sidiyin ümumi analizləri
- qanda kreatinin
- qanda sidik cövhərinin təyini
- qan elektrolitləri
- qan albumini
- sutkalıq sidikdə zülalın miqdarı
- sutkalıq sidikdə kreatinin miqdarı
- ehtiyac olduqda böyrəklərin biopsiyası.
Digər bəzi müayinələrin də olunması xəstəliyə diaqnozun qoyulmasında mühüm sayılır:
- sidik yollarının infeksiyaları
- nefrotoksik preparatların tətbiqi
- şəkərli diabet
- proteinouriya
- eritositar slindirlər
- periorbital şişlər
- anemiya.


Etiketlər:  Renoparenximatoz hipertoniya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ