Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq'' - Ayxan Abbasov

''Çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq'' - Ayxan Abbasov

Tarix: 25 Iyul 2019 17:36

"Bu gün keçirdiyimiz oyun planda yox idi. Rəqib xahiş edincə, gənc futbolçuları da 90 dəqiqə meydanda görmək üçün razılaşdıq. Oyundan narazı qalmadım. Lakin xeyli qol epizodlarını dəyərləndirə bilmədik. Bu həm Sumqayıtda, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridir. Bunun üzərində işləməliyik ki, bu qədər qol epizodlarını boşa verməyək".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Diyarbekirspor"a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun saytına deyib.

O, hazırlığın normal keçdiyini bildirib: "Qarşıda hələ iki yoxlama oyunumuz qalıb. Həmin oyunlarda əlimizdən gəldiyi qədər səhvlərimizi düzəldib, çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq".

 


Etiketlər:  Çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ