Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 13:30
Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Orxan Rəhimli olub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, atası birinci qrup əlil olduğundan Orxan Rəhimlini döyüşə aparmayıblar. O isə könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qatılıb.
Oğuz rayonunun Xaçmaz kənd sakini, 27 yaşlı Orxan Rəhimli Vətən müharibəsi başlayana qədər Daşkəsəndə işləyib. Döyüşlərin başladığını da elə işdə olarkən eşidib. İş yoldaşlarına deyib ki, bu müharibədə mütləq iştirak edəcək və Azərbaycan bayrağını Şuşada dalğalandıracaq. Elə bu məqsədi uğrunda da cəbhəyə könüllü yazılıb...
Füzulidən başlayan döyüş yolunu qəhrəmanımız Şuşaya qədər davam etdirə bilib. Şuşa azad edildikdən sonra Şuşa-Xankəndi istiqamətində döyüşlərə davam edib. Bu vaxt ayağından yaralansa da, yarasını sarıyıb və döyüşməyə davam edib. Sonra sol çiynindən yaralanıb. Döyüş yoldaşlarının təkidinə baxmayaraq, yenə geri qayıtmayıb. 8 noyabrda döyüşlərin getdiyi son saatlarda aldığı üçüncü yaradan şəhidlik zirvəsinə ucalıb.
Orxan Rəhimli ölümündən sonra "Vətən Uğrunda", "Cəsur Döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.