Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir neçə Avropa ölkəsi peyvənd paylanışında ''korrektiv mexanizm''in tətbiqini tələb ediblər

Bir neçə Avropa ölkəsi peyvənd paylanışında ''korrektiv mexanizm''in tətbiqini tələb ediblər

Tarix: 17 Mart 2021 20:56

Avropa İttifaqına üzv olan dörd ölkə (Avstriya, Çexiya, Bolqarıstan və Sloveniya) ittifaq daxilində peyvənd dozalarının bölgüsündə "korrektiv mexanizm"in tətbiqini tələb ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Federal Kansleri Sebastian Kurts Vyanada həmkarları Andrey Babiş (Çexiya), Boyko Borissov (Bolqarıstan) və Yaneş Yanşa (Sloveniya) ilə keçirilən birgə mətbuat konfransında bu barədə məlumat verib. O bildirib ki, hazırda Avropa İttifaqı üçün sifariş edilən peyvəndlərin üzv ölkələr arasında qeyri-bərabər bölünməsinə son qoyulmalıdır. Bir sıra ölkələr bu bölgüdə mənfəətli, digərləri isə uduzmuş mövqedədirlər. Ona görə də yaxın gələcəkdə Aİ-yə gətiriləcək peyvənd kontingentində ədalətli bölgü prinsipi diqqət mərkəzində dayanmalıdır.

Mətbuat konfransında iştirak edən digər baş nazirlər də peyvənd dozalarının paylanma mexanizmində düzəliş aparılmalı olduğunu, əgər bu baş verməzdə, ittifaq daxilində siyasi böhranın qaçılmaz ola biləcəyini ifadə ediblər. Bununla belə nə S. Kurts, nə də digər hökumət rəhbərləri nizamlayıcı mexanizmin mahiyyətinin necə ola biləcəyinə aydınlıq gətirməyiblər.

Hökumət rəhbərləri bildiriblər ki, yaxın zamanda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Şura Prezidenti Şarl Mişel ilə bu mövzu ilə bağlı görüşəcəklər. Onlar bu ilin ikinci rübündə Avropaya göndəriləcək 10 milyon doz "BioNTech/Pfizer" peyvəndinin ədalətli bölgü əsasında paylanacağına ümid etdiklərini bildiriblər.


Etiketlər:  neçə Avropa ölkəsi peyvənd paylanışında korrektiv mexanizmin tətbiqini tələb ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ