Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanzaniya Prezidenti Con Maqufuli 62 yaşında vəfat edib

Tanzaniya Prezidenti Con Maqufuli 62 yaşında vəfat edib

Tarix: 18 Mart 2021 08:24

Tanzaniya Prezidenti Con Maqufuli vəfat edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Sami Hassan Suluh dövlət televiziyasında bildirib.

62 yaşlı liderin ölüm səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Britaniya mediasında Tanzaniya müxalifətinin lideri Tundi Lisuya istinad edərək, martın 10-da Maqufulinin koronavirus və ürək problemləri səbəbi ilə Keniyada xəstəxanaya yerləşdirildiyi xəbəri dərc edilmişdi.

Keniyanın "The Nation" qəzeti isə "Afrika ölkələrinin liderlərindən biri"nin COVID-19 yoluxma diaqnozu ilə paytaxt Nairobidəki xəstəxanada tənəffüs aparatına bağlı olduğunu yazmışdı. Lakin nəşr onun adını açıqlamamışdı.


Etiketlər:  Tanzaniya Prezidenti Maqufuli yaşında vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ