Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin yekun mərhələsi keçirildi (FOTO)

“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin yekun mərhələsi keçirildi (FOTO)

Tarix: 25 Iyul 2019 20:30

Bakı. Trend:

İyulun 25-də Bakı şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqlərin sonuncu mərhələsi keçirildi.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2018-ci il tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.1.33-cü bəndinin icrası ilə əlaqədar mühafizə olunan mədəni sərvətlərin siyahısı nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməli və mütəmadi olaraq yenilənməlidir. Bununla əlaqədar, Nazirliyin sifarişi ilə yaradılmış “Muzey əşyalarının daimi mühafizə portalı”nın “AdZone” şirkəti tərəfindən yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib.

Beləliklə, respublikada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsi məqsədilə regional təqdimat – treninqlərin keçirilməsi zərurəti yarandığını nəzərə alaraq, ilkin mərhələ olaraq cari ilin 20-21 iyun tarixində Qəbələ şəhərində İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin, 15-16 iyul tarixində Şəmkir şəhərində Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələrinin, 22-23 iyul tarixində Lənkəran şəhərində Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələrinin və yekun mərhələ olaraq 25 iyul tarixində Bakı şəhərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və bilavasitə nazirliyin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat – treninqlər keçirilib.

Respublikanın bütün bölgələrində təşkil edilmiş təqdimat-treninqlər Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynovanın, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasovun, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyiblinin və həmin muzeyin baş fond mühafizi Aida Axundovanın, “Adzone” şirkətinin İT inkişaf mütəxəssisi Natiq Talıbov və həmin şirkətin layihə meneceri Barat Qubatovun iştirakı ilə keçirilib.

Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunub, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara regionda fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib, çoxsaylı suallar cavablandırılıb, təlimatlar keçirilib, habelə “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının təkmillləşdirilməsinə dair bir sıra maraqlı rəy, təkliflər əldə edilərək “AdZone” şirkətinə çatdırılıb.

Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılıb və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təqdim olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Muzey əşyalarının daimi mühafizə portalına həsr olunan təqdimat treninqin yekun mərhələsi keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ