Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya qapanma ərəfəsində: Yoluxma sürətlə artır

Almaniya qapanma ərəfəsində: Yoluxma sürətlə artır

Tarix: 19 Mart 2021 12:10

Almaniyada koronavirusa yoluxma halı sürətlə artır.

Milli.Az unikal.org-a istinadən bildirir ki, martın 17-də AFR-də koronavirusa yoluxma əmsalı hər 100 min nəfərə nisbətdə 86,2 nəfər təşkil edib. Yaranmış vəziyyət bir qədər də kəskinləşəcəyi təqdirdə, hökumətin qərarı ilə ölkə özünütəcrid rejiminə keçəcək.

Ekspertlərin fikrincə, karantindən çıxmağa dair alman strategiyasının iflası əhalinin vaksinasiyasının lazımınca düşünülməməsi, habelə "AstraZeneca" preparatının istifadəsinin dayandırılması səbəbindən baş verir. Təbii ki, burada, ekspress və fərdi testlərin çatışmaması da az rol oynamır. Bütün bu səhvlərə yoluxma sayının əhəmiyyətli dərəcədə artması fonunda yol verilib.

Milli.Az


Etiketlər:  Almaniya qapanma ərəfəsində Yoluxma sürətlə artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ