Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2021 14:24
"Ramiz yüksək təzyiqdən əziyyət çəkirdi. Hər dəfə də zarafatyana deyirdi ki, mənə heç nə olmaz, limon çeynəyərəm, təzyiqim düşər".
Sonxeber.net xəbər verir ki, bu sözləri news24.az-a açıqlamasında mərhum aktyor Ramiz Hüseynzadənin dostu Yusif Ramiz deyib. O, bildirib ki, aktyor uzun müddət təzyiq problemindən əziyyət çəkib:
"Çox pozitiv insan idi. Onunla 2013-cü ildən tanışıq. Düzdür, son bir neçə ayda pandemiya səbəbindən maddi sıxıntıları vardı, amma altı gün öncə bir restoran açdı və müəyyən planlarını gerçəkləşdirdi. Vəziyyət düzəlməyə doğru gedirdi. Amma dünən axşam hamımızı sarsıtdı. Hələ də özümə gələ bilmirəm. İki gün qabaq ailəsi ilə deyib-gülüb, sonra birdən-birə halı pisləşib, təcili yardım çağırmaq istəyib, amma bacarmayıb, telefon əlindən düşüb. Xəstəxanaya aparılsa da, xilas etmək mümkün olmadı".
Y. Ramiz mərhumun yayılan statusuna da münasibət bildirib: "Bilmirəm, bu sözləri kim yazıb, kim yayıb, amma Ramiz heç vaxt ölümdən danışmazdı. Gözəl ailəsi, üç balası, işi-gücü var idi. Niyə ölmək istəsin?! O, gəzməyi, əylənməyi sevən, həyat dolu adam idi. İnanmıram ki, bu statusu o yazıb".