Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 09:12
"Suriyanın İdlib əyalətinin şimal-şərqində "Hayat Tahrir aş-Şam" terror qruplaşması zəhərli maddələrdən istifadə etməklə təxribatlar hazırlayır".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin komandan müavini kontr-admiral Aleksandr Karpov bildirib.
Onun sözlərinə görə, terrorçular Suriya hökumət qüvvələrini mülki insanlara qarşı kimyəvi silahdan istifadə etməkdə günahlandırmaq üçün Kitian kəndi ərazisində kimyəvi hücum təşkil etməyi planlaşdırırlar.