Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 15:54
Moldovada koronavirus pandemiyası ilə əlaqədar bütün idman yarışları təxirə salınıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu qərarı İctimai Sağlamlıq üzrə Fövqəladə Komissiyası verib. Ölkədə bütün idman tədbirlərinin qeyri-müəyyən müddətə təxirə salındığı bildidilib. Ona görə də Moldovanın futbol üzrə Milli Diviziyası və A Diviziyasında bu gün keçirilməli olan bütün matçlar oynanılmayacaq. Ən əsası isə yığmanın Farer adaları və İsrail milliləri ilə keçirməli olduğu qarşılaşmalar Kişinyovda gerçəkləşməyəcək.
Qeyd edək ki, Moldovanın Farer adaları ilə görüşü martın 25-ə, İsraellə matçı isə martın 31-ə planlanmışdı Verilən qərarlar isə elə martın 31-dək qüvvədə olacaq.