Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 09:24
Bakı. Rufiz Hafizoğlu - Trend:
2019-cu ilin iyununda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ilin iyun ayı ilə müqayisədə 644,300 milyon dollar artaraq 789,259 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
2019-cu ilin iyununda Türkiyənin Azərbaycana ixracı 598,551 milyon dollar, Azərbaycandan idxal isə 190,708 milyon dollar təşkil edib.
Nazirlik qeyd edib ki, 2019-cu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 674,574 milyon dollar artaraq 1, 578 milyard dollar təşkil edib.
2019-cu ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana ixracatı 1,197 milyard dollar, Azərbaycandan idxal isə 381.413 milyon dollar olub.
Qeyd edək ki, 2019-cu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 26,683 milyard dollardır.
Bu dövrdə Türkiyə ixracatı 2018-ci il iyun ayına görə 14,86 azalaraq 11.597 milyard dollar təşkil edib.
2019-cu ilin iyun ayında Türkiyəyə idxal 2018-ci ilin iyun ayı ilə müqayisədə 21,81 faiz azalaraq 15,086 milyard dollar təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin