Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhsulları supermarketlərdən almaq təhlükəli ola bilər

Bu məhsulları supermarketlərdən almaq təhlükəli ola bilər

Tarix: 22 Mart 2021 10:08

Çinli "WeChat" blogeri supermarketlərdən alınması təhlükəli olan məhsulları sadalayıb.

"İzvestiya" nəşrinin məlumatına görə, çinli bloger, ilk növbədə, çəkilmiş ət məhsullarının adını qeyd edib. Onun sözlərinə görə, marketlərdəki belə məhsulları bir qayda olaraq köhnə və keyfiyyətsiz xammaldan hazırlayır, qarışığa çoxlu miqdarda piy əlavə edirlər.  

Turşuları, duza qoyulmuş tərəvəzləri də supermarketlərdən almağa dəyməz. Onların istehsalında da adətən köhnə xammaldan istifadə olunur. Turşular açıq konteynerlərdə satılır və ətrafda gəzən alıcılardan onların üzərinə bakteriyalar düşür. 

Toyuq-qril həmçinin təcili satılmalı olan köhnə məhsullardan hazırlanır.

Doğranmış meyvələr isə əksər hallarda çürük xammaldan əldə olunur. Sadəcə meyvələrin xarab olmuş hissələri kəsilərək atılır, saf hissəsi isə doğranaraq qablaşdırılır.

Blogerin fikrincə, supermarketlərdən balıq və ədviyyat almaq da məsləhət deyil. Belə ki, həmin məhsullar da, bir qayda olaraq, köhnə olur. Sadəcə, köhnə balıqlar dondurulur, ədviyyat isə yenisilə qarışdırılır. (oxu.az)


Etiketlər:  məhsulları supermarketlərdən almaq təhlükəli bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ