Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2021 14:15
"Birə-bir" verilişi müğənnilərə zəng edərək onlardan karantindən sonrakı toy qiymətlərini soruşub. Onlar pandemiyaya görə el Şənliklərinə icazə verildiyi halda qonorara endirim edəcəklərini deyiblər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənət adamlarının bütöv və yarım saatlıq toy qiymətləri belədir:
Əməkdar artist Elnarə Abdullayeva yarım saat üçün 3000-3500 manata getdiyini söyləyib.
Müğənni Bahar Lətifqızı bütöv toyu əvvəl 3000-nə apardığını, indi 2500-ə razılaşacağını deyib. O, endirim istəyəndə isə belə cavab verib:
"Karantində biz də çörək yeməmişik. Endirim edirik, əvvəl 3000 manat idi, indi 2500 manat. Əvvəl yarım saatı 1500 manat idi, indi endirim edirik".
Müğənni Əlikram Bayramov isə ansamblla 2500, tək isə 1500 manata toy apardığını söyləyib.
Müğənni Rəvan Qarayev isə "Toylar açılsın, endirimə problem yoxdur. Yarıya qədər endirim edərəm" sözlərini söyləyib.
Müğənni Səyyad Əlizadə isə "Ansamblla birlikdə 5-6 mindir. Tək isə yarım saatlıq 1500 manatdır. Toylar dəqiqləşsin, endirim olacaq. Ansamblla 5 minə gələ bilərəm. Dəqiq olsa, yarım saatı da 1300-1200 manat edərik" deyə, cavab verib.
Müğənni Afət Fərmanqızı isə bütöv toyu 5 minə apardığını deyib. O bildirib ki, hazırda 40-a yaxın toyun behini alıb. İfaçı pandemiyaya görə endirim də edəcəyini bildirib.