Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mourinyodan duyğusal paylaşım

Mourinyodan duyğusal paylaşım

Tarix: 22 Mart 2021 18:56

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 18-ci turunun "Aston Villa" ilə təxirəsalınmış matçından (2:0) sonra rəqibin məşqçisi Con Terri ilə fotosunu paylaşıb.

Qol.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Terrinin "Çelsi"də onun baş məşçqiliyi altında çıxış etdiyini xatırlayaraq, yazıb:

"Komandamla fəxr edirəm. Xüsusilə də baş məşqçisi oluğum futbolçuların həmişə mənim oğullarım kimi qalacağını hiss etdiyim üçün xoşbəxtəm".

Qeyd edək ki, Terri 1998-2017-ci illərdə "Çelsi"zə çıxış edib. Mourinyo isə 2004-2007, 2013-2015-ci illərdə "zadəganlar"ı çalışdırıb.


Etiketlər:  Mourinyodan duyğusal paylaşım


RƏYLƏR