Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2021 09:48
Bütün dünyada "Android" sistemi ilə işləyən smartfon sahibləri əməliyyat zamanı tətbiqlərin çökməsindən şikayətlənirlər. Problem sistem komponentlərindən birini yenilədikdən sonra aşkar edilib.
Ən çox internet oyunlarını istifadə edən tətbiqlər, internetdən məzmun yükləyən, həmçinin "Gmail" və digərləri iş zamanı dayanır.
Sonxeber.net oxu.az-a istinadla bildirir ki, "Google" artıq qəza barədə məlumat yayıb və dayanmanın səbəbinin "Android WebView" tətbiqetməsinin səhv işləməsindən qaynaqlandığını, bunun da mobil proqramların qəfil olaraq bağlanmasına səbəb olduğunu bildirdi.
Problemi həll etmək üçün "Android WebView"in ən son versiyalarını "Google Play" mağazasından və "Google Chrome" brauzerindən yükləməlisiniz. Bəzi cihazlarda bu iki tətbiqetmənin parametrlərinə girib bütün yeniləmələri silmək və sonra rəsmi mağaza vasitəsilə yeniləmək lazım ola bilər.
Alternativ olaraq, "Google Chrome"u silmək və sonra yenidən qurmaq olar.