Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2021 13:00
Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin ləğv edilməsi barədə qərar layihəsini qəbul edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müxalif "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarının təklif etdiyi qərar layihəsini Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyası dəstəkləyib.
Parlamentin bugünkü plenar iclasında baş tutan səsvermə zamanı deputatlardan 118-i layihənin lehinə, 1-i əleyhinə səs verib.
Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət 2020-ci ilin 27 sentyabrında Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanması ilə əlaqədar elan edilmişdi.