Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filippin hökuməti ölkədə koronavirusla mübarizə tədbirlərini sərtləşdirir

Filippin hökuməti ölkədə koronavirusla mübarizə tədbirlərini sərtləşdirir

Tarix: 24 Mart 2021 22:40

Filippin hökuməti bu ölkədə koronavirusa yoluxanların gündəlik sayı artdığına görə, pandemiyaya qarşı mübarizə tədbirlərini sərtləşdirir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son günlər ölkədə koronavirusa yoluxanların gündəlik sayı 8 mini ötüb və bu şəxslərdə virusun müxtəlif ştammları müşahidə edilib.

Bununla əlaqədar, paytaxt Manilada və onun yaxınlığında yerləşən dörd əyalətdə restoranlarda qida qəbulu dayandırılıb. Həmçinin, həmin əyalətlərdən səfərlərin iki həftə müddətinə qadağan edildiyi elan olunub.

Xatırladaq ki, Filippin hökuməti artıq bir ay müddətinə əcnəbilərin ölkəyə gəlişinə qadağa tətbiq edib.


Etiketlər:  Filippin hökuməti ölkədə koronavirusla mübarizə tədbirlərini sərtləşdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ