Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 07:44
San Fransisko Kaliforniya Universitetinin alimləri 109 kimyəvi maddə aşkar ediblər ki, bunlardan 55-i əvvəllər insan bədəninə dair tədqiqatlarda tapılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, kimyəvi maddələr hamilə qadınların, daha sonra yeni doğulmuş körpələrin qanında tapılıb. Bu kimyəvi maddələrin ananın plasentasından keçdiyini göstərir.
Tapılan 109 kimyəvi maddə ətrafımızdakı müəyyən məhsulların tərkibinə daxildir. Məsələn, 40-ı plastikləşdirici, 28-i kosmetik, 25-i istehlak məhsullarında, 29-u əczaçılıqda, 7-si xalçada, döşəmədə və s. kimi istifadə olunur. Maddələrin başqa cür istifadəsi də istisna edilmir.
Kaliforniya Universitetinin mamalıq, ginekologiya və reproduktiv elmlər kafedrasının professorunun dediyinə görə, kimyəvi maddələr insanlarda çoxdan mövcud ola bilər, ancaq bunlar yalnız indi müəyyən edilib. Bu kəşfə ən son texnologiyalar vasitəsilə nail olunub. Məsələn, yüksək həllini tapmış mass- spektrometriya (HRMS) ilə müəyyən maddədəki müxtəlif komponentlərin konsentrasiyasını dəqiqliklə təyin edilib.