Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 14:20
Koronavirusun dünya üçün 3 əsas nəticəsi olacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə London İqtisadiyyat Məktəbinin professoru Branko Milanoviç çıxış edib. Onun sözlərinə görə, pandemiyanın əsas nəticələrindən biri məsafədən işləyən işçilərin sayının artmasıdır. O, son ildə yeni texnologiyaların peyda olmadığını, amma insanların evdə çox şey edə biləcəklərini dərk etdiklərini deyib.
Milanoviç, həmçinin pandemiyanın ABŞ-la Çin arasında konflikti kəskinləşdirdiyini bildirib:
"İki dövlətin siyasi və iqtisadi qarşıdurması qlobal dəyər zənciri, eləcə də digər ölkələr üçün böyük əhəmiyyət daşıyacaq. Ümumilikdə əgər Amerika bazarına və texnologiyalarına giriş itsə, Vaşinqtonla konflikt Pekinin innovasiyalar yaratmaq qabiliyyətinə güclü zərbə endirə bilər".
Professor pandemiyanın bütün tibb sektoruna güclü təsir edəcəyini də vurğulayıb. O, bunun digər preparatların işlənməsi üçün potensialın yaradılmasına imkan yaradacağını bildirib.