Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 16:06
Ermənistan parlamenti dövlətə xəyanət və casusluğa görə cəzanı sərtləşdirmək üçün qanun qəbul edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni qanuna görə dövlətə xəyanətə görə ömürlük həbs və əmlakın müsadirə olunması, casusluğa görə 12 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub.
Bundan əvvəl dövlətə xəyanət, əmlakın müsadirə olunması və ya 10 ildən 15 ilədək həbs cəzası, casusluq isə 8 ildən 15 ilədək həbs cəzası ilə cəzalandırılırdı.