Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022-nin oyununu qadın hakim idarə edəcək

DÇ-2022-nin oyununu qadın hakim idarə edəcək

Tarix: 26 Mart 2021 13:52

DÇ-2022-nin seçmə mərhələsində Niderland - Latviya oyununu qadın baş hakim idarə edəcək.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, görüş fransalı qadın referi Stefani Frappara tapşırılıb. Qarşılaşma martın 27-də Amsterdamdakı "Yohan Kruiff Arena"da təşkil olunacaq. G qrupunda ilk turun oyunlarında Niderland Türkiyəyə 2:4, Latviya isə Monteneqroya 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 37 yaşlı Frappar karyerasında ilk dəfə kişilər arasındakı dünya çempionatının seçmə oyununda iş başında olacaq. O, Fransa Liqa 1, UEFA Super Kuboku və Çempionlar Liqasında oyun idarə etmiş ilk qadın baş hakimdir.

Milli.Az


Etiketlər:  2022 nin oyununu qadın hakim idarə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ