Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 08:54
Tailand hökuməti iyulun 1-dən koronavirusa qarşı peyvənd edilən turistlərin dünyanın ən çox səyahət edilən Phuket adasına girişlərinə icazə verəcək.
"Bloomberg" bu barədə ölkənin Turizm və İdman Nazirliyinə istinadən məlumat yayır.
Aprelin 1-dən Tailand hökuməti ölkəyə gələnlər üçün karantin müddətini 14 gündən 10 günə qədər azaldacaq.
Bundan əlavə, koronavirusa qarşı vaksinasiya olunan xarici vətəndaşlar üçün aprel ayından etibarən məcburi karantin müddəti yeddi günə endiriləcək.