Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada koronavirusdan sutkalıq ölüm sayında antirekord qeydə alınıb

Braziliyada koronavirusdan sutkalıq ölüm sayında antirekord qeydə alınıb

Tarix: 27 Mart 2021 09:06

Braziliyada son sutka ərzində daha 84 245 nəfərin koronavirus infeksiyasına yoluxması, 3650 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib. Bu, ölkədə bu günədək qeydə alınmış ən yüksək sutkalıq ölüm sayıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 404 414 nəfər yoluxub. Bu müddət ərzində 307 112 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 824 095 xəstə müalicə olunaraq sağalıb.

Milli.Az


Etiketlər:  Braziliyada koronavirusdan sutkalıq ölüm sayında antirekord qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ