Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 11:08
ABŞ-ın Virciniya ştatında atışma olub, ölən və yaralananlar var.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin "Twitter" səhifəsində məlumat yayılıb.
Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.
Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb.