Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 18:50
"2008-ci ildə "Bacanaqlar"a başladım. 10 il yayımlandı. Səs-küy yaratdı, reytinqli olduğun düşünmürdüm. Tənqidlər çox oldu. Deyirdilər, ssenari güclüdür, amma çəkiliş zəifdir. Başa sala bilmirdim ki, ssenari bizə aiddir, amma texnika yox. Heç o kameraları toyda da istifadə etmirdilər. Adi işıqlarla işləyirdik".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Fatehin divanı" proqramında deyib. Sənətçi "Bacanaqlar" serialını tənqid edənlərdən danışıb:
"Yaşlı-başlı insanlar oturub verilişlərdə bizi müzakirə edirdilər: "Möhtəşəm yüz il" belədir, bunlar elə. Cavab vermirdim, hörmət edirdim. Demirdim ki, "Möhtəşəm yüz ilin" büdcəsi 95 milyon avrodur, bizimki 2500 manatdır. Bizim on ilə xərclədiyimiz pulu, onlar 1 bölümə xərcləyirdilər. Biz heç 10 ilə 1 milyon xərcləmədik. Deyirdim, eybi yox, tənqidçidirlər, verilişə gəlib nəsə danışmalıdırlar.
Türkiyədə verilişdə qonaq oldum, serialdan danışanda, ssenarini özümüz yazdığımı dedik, təəccübləndilər. Onlar ssnearini hər zaman başqa yerdən satın alırlar. Mənə sual verirdilər ki, necə 10 il ssenari yazmaq olar? Bizim serialı almaq istəyirdilər, amma elə bir qiymət dedim ki, geri çəkildilər".
Qeyd edək ki, rejissor Şeyx Əbdül Mahmudov E.Cəfərovu tənqid edərək "Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır. Elməddin xeyirxah oğlandır getsin menecerlik eləsin" sözlərini söyləyib.