Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2021 10:36
İngiltərəli rəssam Saşa Cafrinin çəkdiyi, dünyanın ən böyük kətan rəsm əsəri kimi Ginnesin Rekordlar Kitabına düşən "İnsanlığın səyahəti" adlı əsəri Dubayda hərraca çıxarılıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Khaleej Times" qəzeti məlumat yayıb.
Rəssamın yeddi ay ərzində 1600 kvadrat metr ərazidə kətan üzərində işlədiyi əsər 62 milyon dollara (təxminən 105 milyon 400 min manat) satılıb.
Saşa Cafri əldə olunan gəliri UNESCO, UNICEF və uşaqlara yardım işləri ilə məşğul olan müxtəlif xeyriyyə fondlarına bağışlayacaq.
Qeyd edək ki, əsərin yeni sahibi fransalı kriptovalyuta biznesmeni Andre Abdundur.