Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU-nun dosenti vəfat edib

BDU-nun dosenti vəfat edib

Tarix: 28 Mart 2021 17:34

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov vəfat edib.

Sonxeber.net bildirir ki, bu barədə BDU-nun Facebook səhifəsində məlumat verilib.

84 yaşında dünyasını dəyişən A.Şirinov 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

Allah rəhmət eləsin!


Etiketlər:  dosenti vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ