Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evlərdən külli miqdarda pul və qızıl oğurlayanlar saxlanılıb - FOTO

Evlərdən külli miqdarda pul və qızıl oğurlayanlar saxlanılıb - FOTO

Tarix: 29 Mart 2021 14:20

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində evlərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən fərdi yaşayış evindən 3000 ABŞ dolları və 1600 manat pulun oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulub. Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun vətəndaş Nurlan Heydərovla qabaqcadan əlbir olaraq daha bir mənzildən 12000 manat pul və 5400 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Evlərdən külli miqdarda qızıl oğurlayanlar saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ