Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 19:52
Bakı. Trend:
İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının altıncı gününün oyunları başa çatıb.
Trend-in məlumatına görə, Bakı Tennis Akademiyasında keçirilən yarışlarda oğlanların və qızların fərdi mübarizəsində yarımfinal, cütlüklərin yarışında isə final qarşılaşmaları keçirilib.
Yarışların altıncı günündə Çexiya və Belarus idmançıları qızıl medal qazanıblar.
Oğlan cütlüklərin final qarşılaşmasında çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti polşalı Filip Pieçzonka/Olaf Pieçkovski duetini 2:0 hesabı ilə (6:2, 6:3) məğlub edərək festivalın çempionu olub.
Qız cütlüklərin qalibi isə belaruslu Evialina Laskeviç/Mariya Stsetseviç cütlüyü olub. Duet rusiyalı Mariya Şoloxova/Yekaterina cütlüyünü 2:1 hesabı ilə (7:6, 6:3, 10:4) məğlub edərək festivalın çempionu adını qazanıb.
Festivalın tennis üzrə oğlan və qız cütlüklərin bürünc medalçıları da məlum olub. Oğlan cütlüklərin yarışında ispaniyalı Pedro Rodenas/Daniel Merida dueti belçikalı Noah Merre/Alessio Basile cütlüyünü 2:0 (6:3, 7:6 (4)) hesabı ilə məğlubiyyətə uğradaraq bürünc medalı qazanıb. Qız cütlüklərin görüşündə isə Çexiya təmsilçisi Dominika Salkova/Linda Klimoviçova belçikalı Hanne Vandevinkel/Juliet Bovi cütlüyünə 2:0 (7:6,6:4) hesabı ilə qalib gələrək üçüncü yeri təmin edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin