Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya aviaşirkəti COVID-19 virusu ilə bağlı rəqəmsal pasportu sınaqdan keçirib

Yaponiya aviaşirkəti COVID-19 virusu ilə bağlı rəqəmsal pasportu sınaqdan keçirib

Tarix: 29 Mart 2021 19:44

Martın 29-da Yaponiyanın "All Nippon Airways Co." (ANA) aviaşirkəti Tokionun "Haneda" beynəlxalq aeroportunda sərnişinlərin COVID-19 virusu ilə bağlı statusunu müəyyən etmək üçün "CommonPass" əlavəsini sınaqdan keçirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həmin əlavə dünya səyahətlər sənayesinin səfərləri sadələşdirmək və təhlükəsizliyi təmin etmək proqramı çərçivəsində həyata keçirilir.

Sərnişinlərin səhhəti barədə rəqəmsal pasport rolunu oynayan bu əlavənin aeroportlarda immiqrasiya prosedurlarını sadələşdirmək məqsədi daşıdığı və Dünya İqtisadi Forumu tərəfindən dəstəkləndiyi də bildirilir. Əlavədə koronavirus testinin nəticəsi ilə yanaşı, peyvənd statusu barədə məlumat da əksini tapır.

"CommonPass"ı hazırlayan "Commons Project Foundation" fondunun bildirdiyinə görə rəqəmsal platformanı tətbiq etməkdə məqsəd ölkəyə gələn səyyahların sağlamlığı barədə daha etibarlı nəzarət modelinin yaradılmasıdır.

Həmçinin bu əlavənin insanın sağlamlığı ilə bağlı digər məlumatları aşkar etmədiyi də qeyd edilir.

Sınaqlar zamanı qeydiyyat yerində Nyu-Yorkdan gələn sərnişinlərin smartfonları vasitəsilə virus testlərinin nəticələri yoxlanılıb. Prosedurun rahat və sürətlə keçməsi həm sərnişinlərin, həm də nəzarətçilərin vaxtına qənaət etməyə imkan yaradıb.

Layihəni şərh edən ANA şirkətinin vitse-prezidenti Cyuçi Hirasava bildirib ki, yeni əlavə səyahətləri daha təhlükəsiz və rahat həyata keçirməyə imkan yaradacaq.


Etiketlər:  Yaponiya aviaşirkəti COVID virusu ilə bağlı rəqəmsal pasportu sınaqdan keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ