Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 10:00
50 yaşlı britaniyalı aparıcı Amanda Holden Pasxa bayramı üçün çəkdirdiyi şəkli ilə söz-söhbətə səbəb olub.
Sonxeber.net oxu-az-a istinadən xəbər verir ki, 50 yaşlı aparıcının həmkarı Eşli Roberts ilə birlikdə "Heart FM" radiostansiyasının studiyasında çəkdirdiyi foto onun "Instagram" hesabında paylaşılıb.
Görüntülər 50 minə yaxın bəyənmə toplasa da bir çox istifadəçi onun yeniyetmələrə məxsus geyimini sərt tənqid edib.
"Pasxa xristian təqvimində ən vacib bayramdır. Belə bir fotosessiya təhqiramizdir", "Holden o qədər iyrənc görünür ki. Vaxtınız keçib, geyinməyi və yeniyetmə bir qız kimi davranmağı dayandırın", "İki yetkin qadın cazibədar şəkildə yerkökü yediklərini və dovşan kimi gəzdiklərini bildirmək istəyirlər? Qadınlar daha çox şeyə layiqdirlər. Kişilərin onlara hücum etmək istəklərini gücləndirən məhz bu xanımlardır", - deyə istifadəçilər bildiriblər.