Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 14:08
Şəhid Rasim Mustafayev - Düşmənin müdafiə xəttini ilk yaran qəhrəmanlarımızdan olub
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Vətən müharibəsində düşmənin müdafiə xəttini ilk yaranlardan biri də şəhid Rasim Mustafayevdir. Onun ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad ediləcəyi döyüşlərdə iştirak etmək olub. Rasim Mustafayev ölmündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək idi. O torpaqlar uğrunda da canı fəda etdi.
Söhbət haqqında şeirlər yazılan, Oğuzun Xaçmaz kəndindən olan şəhid Rasim Mustafayevdən gedir. 1990-cı ildə anadan olan Rasim hərbi xidmətini Naxçıvanda başa vurub. Qəhrəmanımızın dostları və döyüş yoldaşları doğum günündə onun ailəsinə baş çəkiblər.
Yaxınlarının sözlərinə görə, Rasim hər zaman vətənpərvərliyi və mərdliyi ilə seçilib. Ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad ediləcəyi döyüşlərdə iştirak etmək olub.
Rasim Mustafayev Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Ötən il oktyabrın 7-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Rasim Mustafayev ölmündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilib.