Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anadangəlmə iflic xəstəsinin pensiyası üç aydır verilmir - VİDEO

Anadangəlmə iflic xəstəsinin pensiyası üç aydır verilmir - VİDEO

Tarix: 30 Mart 2021 14:48

Bu dəfə anadangəlmə iflic xəstəliyindən əziyyət çəkən 18 yaşlı Lalə Kərimlinin pensiyası kəsilib. Dekabrda 18 yaşı tamam olan qız, artıq 3 aydır ki, pensiyasını ala bilmir. Məsələni aidiyyatı qurum ilə araşdırmışıq.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 18 yaşlı Lalə Kərimli illərdir aldığı pensiyaya bir neçə aydır həsrət qalıb. Ailə iddia edir ki, aidiyyatı qurum heç bir səbəb göstərmədən gənc qızın pensiyasını dayandırıb.

Bərdənin Qarayusifli kənd sakini Könül Kərimova deyir ki, qızı Lalə anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir. 15 ilə yaxındır ayda 200 manat pensiya alsa da, son 3 aydır bilinməyən səbəblərdən bu pul onlara verilmir.

Dekabrda 18 yaşı tamam olduqdan sonra pensiyası kəsilən Lalə Kərimli üçün bütün müvafiq sənədlər toplanaraq, yenidən, həm də bir neçə dəfə aidiyyatı quruma göndərilib, lakin nəticə olmayıb.   

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova "Xəzər Xəbər"ə bildirdi ki, məsələ artıq onların nəzarətindədir.

Yaxın günlərdə Agentlik öz nümayəndəsini Kərimovlar ailəsinə göndərəcək.


Etiketlər:  Anadangəlmə iflic xəstəsinin pensiyası üç aydır verilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ