Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sintezator oğrusu saxlanılıb - VİDEO

Sintezator oğrusu saxlanılıb - VİDEO

Tarix: 30 Mart 2021 15:14

Binanın saxlanc yerindən 4500 manatlıq sintezator oğurlanıb.

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Tərlan Əsgərov tutulub.

Onun Səbail rayonunda binanın saxlanc yerindən məişət əşyaları, dəyəri 4500 manat olan sintezator oğurladığı məlum olub. Tərlan Əsgərovun rayon ərazisində daha bir obyektdən kondsioner sisteminə məxsus mis boruları oğurladığı da meydana çıxıb.

Saxlanılan şəxs barəsində toplanan materiallar RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. T.Əsgərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in "102" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


Etiketlər:  Sintezator oğrusu saxlanılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ