Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2019 08:48
Bakı. Trend:
Pentaqon Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar ayıracaq.
Trend-in məlumatına görə, ABŞ Ali məhkəməsi büdcə pullarının sərhəd divar üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib.
Bundan sonra ABŞ prezidenti Donald Trampın administrasiyası ayrılan vəsaiti divarın ucaldılmasına xərcləyə bilər.
Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin