Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 15:40
Hərraca çıxarılan Milli Məclisin "Nissan Maxima" avtomobili bazar qiymətinə uyğundur.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.
"Müsadirə olunmuş, müxtəlif yollarla dövlət əmlakına çevrilmiş və ya əvvəlcədən dövlətin mülkiyyətində olan nəqliyyat vasitələri müəyyən müddətdən sonra hərraca çıxarılaraq satılır. Bu avtomobillər istismar müddətini demək olar ki, başa çatdırmaq üzrə olan, ciddi problemləri və təmirinə yüksək vəsait tələb olunan avtomobillərdir. Hərraca çıxarılan avtomobilləri bazar qiymətindən kifayət qədər aşağı qiymətə almaq olar. Amma onların aşağı qiymətə təklif olunması avtomobilin ciddi problemi olmasını göstərir. Hərracın səhifəsində avtomobilin istehsal tarixi, yürüşü, markası, fotosu və s. barədə məlumatlar görə bilirik.
Bundan başqa onun hansı hissələrinin təmirə ehtiyac olması və ya yararsız olması barədə məlumatlar da olur.
Ümumiyyətlə isə hərraca çıxarılan avtomobil daha çox xərc tələb edirsə, onu bu işlə məşğul olan şəxslərin, yəni istismara az yararlı olan ikinci əl avtomobilləri təmir edən, bundan nə qədər xeyir qazanacağını bilən şəxslərin alması daha yaxşı olar", - ekspert bildirib.