Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 14:06
Süveyş kanalının 6 gün ərzində bağlı qalması xammal bazarındakı qiymətlərə ciddi təsir göstərib.
Sonxeber.net Valyuta.Az-a istinadən xəbər verir ki, baş verənlərdən sonra neft-kimya məhsullarının və tikinti-plastik materiallarının qiymətində 20% artım müşahidə olunub. Sənaye təşkilatları isə kəskin qiymət artımlarının qarşısını almaq üçün ehtiyat stokları yığmağa başlayıblar.
Qeyd edək ki, keçən həftə Süveyş kanalında ilişib qalan "Evergiven" adlı yükdaşıma gəmisi bazar qiymətlərinin kəskin şəkildə artmasına səbəb olmuşdu.
Statistikalara əsasən, gün ərzində dünya iqtisadiyyatına 9 milyard ziyan dəymişdi.