Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Toppuş bacı” qardaşını niyə zəhərləyib? - VİDEO

“Toppuş bacı” qardaşını niyə zəhərləyib? - VİDEO

Tarix: 1 Aprel 2021 16:40

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Əliyeva olub.

Sonxeber.net xəbər verir ki, proqramda yayımlana süjetdə əməkdar artistin bacısı Təranə Cəfərova onun haqqında maraqlı açıqlama edib:

"Tünzalənin 5-6 yaşı olardı, kiçik qardaşım isə hələ 1 yaşına çatmamışdı. Valideynlərimiz işdə olanda evdə tək qalırdıq. Tünzalə mətbəxdəki dolabda sirkə turşusunu qardaşıma içirir. Elə bilir sudur. O an anam hadisənin üstünə gəlir. Mane olur. Amma sirkə turşusunun bir miqdarı qardaşımın boğazına gedir. Sonradan o hadisənin böyük fəsadları oldu. Lakin Tünzalə bunu qəsdən etməmişdi. Qardaşım hal-hazırda sağdır".

Hadisəni xatırlamayan əməkdar artist də bu barədə fikirlərini bölüşüb:

"Bu hadisəni xatırlayıram. Qardaşım Nərimanın dili şişmişdi. Mədəsinə getməmişdi, amma dili kökünə qədər yanmışdı. Anamgil danışırdı, lakin bunu mən etdiyimi xatırlamıram".


Etiketlər:  Toppuş bacı qardaşını niyə zəhərləyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ