Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 11:05
Müğənni Hadisənin şöhrəti Türkiyə sərhədlərini aşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçıya Avropanın üç ölkəsindən müxtəlif müsabiqələrdə münsif olaraq iştirak etməsi ilə bağlı təkliflər gəlib. Bu ölkələr Niderland, Belçika və Almaniyadır.
Hazırda Hadisənin "Zoom" onlayn platforması üzərindən təklifləri dəyərləndirmək üçün danışıqlar apardığı deyilir. İfaçının onlardan biri ilə razılığa gələcəyi qeyd edilib.
Xatırladaq ki, Hadisə "Exxen" kanalında yayımlanan "O ses Türkiye rap" yarışmasının münsif heyətindən biridir.