Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək - VİDEO

Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək - VİDEO

Tarix: 2 Aprel 2021 12:24

Zəngəzur dəhlizi qafqazla yanaşı, Türkdilli ölkələr üçün strateji əhəmiyyətə malik olacaq. Bu dəhliz istifadəyə verildikdən sonra türk dünyası arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələr daha da möhkəmlənəcək. Bir sözlə deyə bilərik ki, Zəngəzurdan keçən nəqliyyat, və digər infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək.

Zəngəzur dəhlizi ilə Naxçıvanla kommunikasiyanın açılması, təkcə Azərbaycan üçün deyil, həm də Türkdilli ölkələr arasında siyasi-iqtisadi, mədəni və digər əlaqələri daha da gücləndirəcək. Bununla yanaşı, Zəngəzur dəhlizi ümumilikdə region üçün strateji əhəmiyyətə malik olacaq.

Hələ 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxunmuşdu. Prezident bildirmişdi ki, vaxtilə Azərbaycanın tarixi və əzəli torpağı Zəngəzur bölgəsini Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi, demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçalayıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Millət Vəkili Vüqar İsgəndərovun sözlərinə görə, uzun illər bir-birindən ayrı qalan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında birbaşa kommunikasiyanın bərpa olunması, Azərbaycanın ən böyük siyasi uğuru ilə yanaşı, bu həm də türk dünyası üçün böyük əhəmiyyətə malikdir.

Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu dəhlizin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı türkdilli ölkələrin,ümumilikdə  regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Bir sözlə qeyd etmək olar ki, Zəngəzurdan keçən nəqliyyat və digər infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək.

Qeyd edək ki, Naxçıvanla-Azərbaycanı birləşdirəcək Zəngəzur koridoru dəmiryolu, eləcə də avtomobil yolunu əhatə edir. Horadiz-Ağbənd dəmiryolunun çəkilməsi üçün artıq işlərə başlanıb. Bu başa çatandan sonra isə 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanata əsasən dəmiryolunun Zəngəzur ərazisindən keçməklə Naxçıvana birləşən hissəsi inşa ediləcək. Gələcəkdə isə bu dəmiryolu, eləcə də ona paralel çəkiləcək avtomobil yolu Türkiyə nəqliyyat dəhlizi ilə birləşərək beynəlxalq nəqliyyat xətinin əsas hissəsinə çevriləcək.


Etiketlər:  Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ