Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda palçıq vulkanlarına yeni yol çəkilir - FOTO

Abşeronda palçıq vulkanlarına yeni yol çəkilir -  FOTO

Tarix: 2 Aprel 2021 15:26

Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.

Görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avromobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.

Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.


Etiketlər:  Abşeronda palçıq vulkanlarına yeni çəkilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ