Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 17:52
"Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov milli komandamızın DÇ-2022-nin seçmə mərhələsindəki çıxışları ilə bağlı açıqlama verib.
Sonxeber.net xəbər verir ki, Ə.İsmayılov qol.az saytına deyib ki, milli 3 oyuna çıxıb, hər birində də məğlub oldu:
"Bunlar ikisi rəsmi görüş idi. Mən ən azı Qətərlə oyunda qələbə, Serbiya ilə oyunda heç-heçə gözləyirdim. Serblərlə doğma meydanda oynasaq da, qalib gələ bilmədik. Mənə bir şey mənə maraqlı gəldi ki, 3 oyunda eyni sxem, eyni müdaifə xətti, eyni sistem oldu. Baxırsan ki, yarımmüdafiəçi müdafiəçidir. Oyuna baxanda görürsən ki, səkkiz müdafiəçi var, onlardan altısının mövqeyi elə müdafiədir. Real baxsaq, bu cür oyunla qol vurmaq ehtimalımız demək olar ki, yoxdur. Cinah yarımmüdafiəçiləri demək olar ki, yoxdur, hücuma meyilli oyunçular yoxdur, bu da qol vurmamaq üçün böyük amillərdir. Bu oyunlarda gördük ki, qol vurmaqda geri də qaldıq. Bundan sonra yenə səfərdə seçmə oyunlar var. O oyunlar bu iki oyundan çox ağır olacaq. Deyərdim ki, bu oyun sxemi ilə çətin bir şey edək. Olar bilər ki, mütəxəssislərin fikri başqadır. Amma mənim fikrimcə, bu, qəribə sxemdir. 6 nəfər müdafiəçi, digər mövqelərin oyunçuları da müdafiəyə çəkilib, xüsusən hücuma meylli futbolçular. Bu üzdən 6 yox, 8 müdafiəçi ilə oynayırıq. Hücumçu da qabaqda qaçır, arxadan ona kömək istənilən qədər gəlmir. Belə olduğuna görə topsuz oynayırıq. Bu da səhvlərə gətirib çıxarır, qollar buraxırıq və məğlub oluruq. İnşallah, təki qələbə olsun. Amma bu cür məsələlərə fikir verməsək çətin qələbə görərik".
Təcrübəli futbolçu milli komandaya fayda verə biləcəyindən də danışıb:
"Əlbəttə, millidə oynamaq istəyirəm, gənc futbolçuların yanında təcrübəli futbolçuların olması vacibdir. Rauf var, Rahid var, mən varam. Həqiqətən deyirəm, milliyə böyük faydam dəyə bilər. Görünür, məşqçinin seçimi başqadır, 6-8 müdafiəçi ilə oynayır. Amma yenə də deyirəm, hər zaman orda ürəyimizi, canımızı qoymağa hazırıq. Milli bizim qürur mənbəyimizdir. Həmişə də elə olub. Gənc futbolçuların yanında təcrübəli və hücuma meylli futbolçular olsa, komandaya böyük faydası olacaq".