Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cərimələri xeyriyyə fonduna köçürüləcək

Cərimələri xeyriyyə fonduna köçürüləcək

Tarix: 2 Aprel 2021 18:22

İtaliya kubokunun 1/4 finalının "İnter" - "Milan" matçında (1:2) insident yaşadan Zlatan İbrahimoviç və Romelu Lukaku cərimələrini xeyriyyə fonduna köçürəcəklər.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Hələlik cərimələrin məbləği açıqlanmayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında keçirilən görüşdə "Milan"ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, onların arasında söz atışması olub və bir-birini söyüblər. Hakim hər iki oyunçuya qırmızı vərəqə göstərib.


Etiketlər:  Cərimələri xeyriyyə fonduna köçürüləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ