Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir”

“Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir”

Tarix: 2 Aprel 2021 18:32

"Komanda planlaşdırdığımız kimi, aprelin 1-dən toplanışdadır. Buna qədər isə gündəlik məşqlərimizi edirdik".

Sonxeber.net oxu.az-a istinadla xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Avropa çempionatının seçmə mərhələsində aprelin 8-də səfərdə Slovakiya, 14-də Bakıda Yunanıstanla qarşılaşacaq yığmamız təlim-məşq toplanışına başlayıb. Bakı İdman Sarayında baş tutan məşqlər tam heyətlə keçirilmir. Karyerasını ölkə xaricində davam etdirən milli üzvləri məşqlərə sabah qoşulacaq.

Hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan baş məşqçi yeganə problemin məhz tam heyətlə hazırlaşmamalarında olduğunu deyib: "Hazırda oyunçular oteldə qalır. Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir. Çünki İspaniya çempionatında oyunlar keçirilir. Qalo düşərgəmizə aprelin 5-də gələcək və Bakıda cəmi bir məşqdə iştirak edəcək. Eduardo və Bolinya bura daha tez gələcək".

Alesio zədə səbəbindən bəzi oyunçulara dəvət göndərmədiyini də qeyd edib: "Rafael Vilela və Vasoura bu dəfə bizə kömək edə bilməyəcək. Həkimi zədə səbəbindən Vilelanın azı iki həftə məşqlərdən kənarda qalacağını bildirib. Ona görə də heyətdə müəyyən dəyişiklik edəcəyik. Qalan hər kəs oyuna hazırdır".

Braziliyalı mütəxəssis zədəli futzalçılara rəğmən səfərdən qələbə ilə dönmək istədiklərini, bunun üçün də kifayət qədər səbəblər olduğunu vurğulayıb: "Bəli, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişik. Ancaq bu, qalan iki oyuna rahat çıxmağımıza əsas vermir. Əvvəla liderliyi təmin etməliyik. Bunun üçün də Slovakiya ilə dueldə xal və ya xallar qazanmalıyıq.

Əlbəttə, hər iki oyundan qalib ayrılsaq, daha yaxşı olar. Çünki qazanılacaq uğurlu nəticə reytinq xallarımızı artıracaq. Hazırda Xorvatiya ilə aramızdakı fərq elə də böyük deyil. Qarşıda iki oyunumuz var, onların da bu qədər matçı qalıb. Hər iki görüşdən itkisiz ayrılmalıyıq ki, reytinq xalımız artsın və gələcək püşkatmalarda xeyrimizə işləsin".


Etiketlər:  Problemimiz heyətlə məşq edə bilməməyimizdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ