Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada polis türkü güllələdi - VİDEO

Almaniyada polis türkü güllələdi - VİDEO

Tarix: 3 Aprel 2021 11:36

Almaniyanın Bavariya vilayətinin Krumbaç bölgəsində türk əsilli kişi polis tərəfindən güllələnib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, kimliyi açıqlanmayan Altsheymer xəstəsi 63 yaşlı şəxs əlindəki oyuncaqla polisə vurmağa cəhd edib.

Polis əməkdaşı isə dərhal xidməti silahı ilə kişiyə 3 dəfə atəş açıb.

Ağır yaralanan həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.

İlkin məlumata görə, türk əsilli kişi başqasına məxsus həyətyanı sahəyə girib və bu səbəbdən sözügedən insident yaşanıb.

Milli.Az


Etiketlər:  Almaniyada polis türkü güllələdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ