Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu türk ölkəsində böyük qızıl yatağı kəşf olundu

Bu türk ölkəsində böyük qızıl yatağı kəşf olundu

Tarix: 3 Aprel 2021 17:32

Özbəkistanda yeni bir böyük qızıl yatağı "Çukurkuduk" kəşf olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə mineral ölkənin Resurs Bazasının İnkişafı və Bərpası üzrə baş idarəsinin rəisi Əsror Rüstəmov məlumat verib. Ehtiyatların 133 ton olduğu təxmin edilir ki, bu da çox böyük göstəricidir.

Qeyd edək ki, sözügedən ölkədə çıxarılan qızılın əhəmiyyətli hissəsi ixrac olunur. Özbəkistan Mərkəzi Bankının məlumatına görə, 2010-cu ildən 2020-ci ilə qədər olan dövrdə respublika ümumilikdə 687 ton qiymətli metal ixrac edib.

2020-ci ilin sentyabrından bu ilin fevralına qədər satışlar dayandırılıb. Özbəkistanın qızıl yataqları beynəlxalq reytinqlərə daxil olunub. "Muruntau Navoi" qızıl mədəni dünyanın ən böyük qızıl yatağı kimi tanınır. 


Etiketlər:  türk ölkəsində böyük qızıl yatağı kəşf olundu


RƏYLƏR