Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zukerberqin də şəxsi məlumatları oğurlanıb

Zukerberqin də şəxsi məlumatları oğurlanıb

Tarix: 4 Aprel 2021 19:48

Hakerlərin "Facebook"da şəxsi məlumatlarını oğurladığı istifadəçilər arasında "Facebook"un qurucusu Mark Zukerberq də var.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

"Facebook"da şəxsi məlumatları oğurlanan 533 milyon istifadəçi ilə bərabər M. Zukerberqin də telefon nömrəsi xüsusi haker platformasında yer alıb.

"Twitter" istifadəçilərindən biri buna diqqət çəkib və telefon nömrəsinin fotosunu paylaşıb.

Qeyd edək ki, "Facebook"un 533 milyon  istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb. Şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir. Azərbaycandan olan 99 472 "Facebook" istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.  Şəxsi məlumatlar arasında istifadəçilərin  bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar  var.

Məsələyə münasibət bildirən "Facebook" şirkəti məlumatların 2 il əvvəl  təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.

Xatırladaq ki, "Facebook" şirkəti və eyni adlı sosial şəbəkənin əsası 2004-cü M. Zukerberq tərəfindən qoyulub. Şirkətin baş ofisi Kaliforniyada yerləşir. "Facebook" şirkəti həm də "WhatsApp," "Messenger" və "Instagram"ın sahibidir.


Etiketlər:  Zukerberqin şəxsi məlumatları oğurlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ