Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2021 21:06
Qazaxıstan Türkiyə ilə birlikdə tarixi film və serial çəkəcək. Filmin çəkilişi ilə iki ölkənin aparıcı telekanallarının məşğul olacağı nəzərdə tutulub.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, artıq Türkiyənin tanınmış prodüserləri tərəfindən 6 bölümdən ibarət "Alp Arslan" tarixi seriyalının Qazax çöllərində döyüş səhnələrinin çəkilməsinə qərar verilib.
Türkiyəli prodüser Emre Konuk Qazaxıstan haqqında telenovellərin yaradılmasında birgə çalışmağa hazır olduğunu bildirib.
Bundan başqa, tərəflər arasında "Korkıt Ata" tarixi filminin çəkilişləri ilə bağlı danışıqlar aparılır.