Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 12:06
4 aprel Beynəlxalq Mina Xəbərdarlığı günü idi.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, hazırda işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər və Şuşa şəhərlərinin müxtəlif istiqamətlərdə minatəmizləmə tədbirləri həyata keçirilir. Proses dövlət planına uyğun olaraq müxtəlif rəsmi qurumlar tərəfindən alınmış sifarişlər əsasında icra olunur. Bunu ANAMA-nın sistemlərin idarə olunması və metodologiya şöbəsinin müdiri Adil Aslanov deyir.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Amerika Birləşmiş Ştatları, İsraildən də müxtəlif şirkətlər cəlb olunub. O ki qaldı texnikalara, Adil Aslanov bu istiqamətdə ANAMA-nın müxtəlif təşkilatlarla əməkdaşlıq etdiyini deyir.
Ermənistanın minayerləşdirmə taktikasına gəlincə, mütəxəssis bunun qeyri-standart olduğunu, hər an sürprizlərlə qarşılaşma ehtimalının yüksək olduğunu deyir. Ona görə də döyüş gedən bütün ərazilər minatəmizləyənlər üçün şübhəli ərazilər hesab olunur.
Qeyd edək ki, 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım gündür. Bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2005-ci ildə təsis edilib. Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu günlə bağlı tvit paylaşıb. Tvitdə deyilir:
"Ermənistanın basdırdığı minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafa mane olur" sitatın sonu.