Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 16:52
Rusiya prezidenti Vladimir Putin nasizmin reabilitasiyası və veteranların təhqir edilməsinə görə cəzaların sərtləşdirilməsi haqqında qanun imzalayıb.
Sonxeber.net lenta.ru-ya istinadən xəbər verir ki, beləliklə, Nürnberq tribunalının təsbit etdiyi faktların ictimaiyyət tərəfindən inkar edilməsi və SSRİ-nin İkinci Dünya müharibəsindəki rolu barədə bilərəkdən yalan məlumatların yayanları üç ilə qədər həbs və ya üç milyon rubla qədər cərimə gözləyir. Bənzər cəza, hərbi şöhrət simvollarını təhqir etmək və ya veteranların alçaldılması üçün də tətbiq edilir.
Kamran